2020-2021 tədris ilinin əvvəlində xarici tələbələrin Fransada qəbulu: Campus France və Conférence des Grandes Écoles tərəfindən video-mesaj

Fransa da daxil olmaqla bütün dünya qlobal Covid-19 pandemiyası ilə üz-üzədir. Bununla belə, hal-hazırda ölkəmizdə bu vəziyyəti aradan qaldırmaq və xarici tələbələrin Fransada, 2020-2021 tədris ili üçün sentyabr ayından yeni tədris ilinin başlanğıcına qəbulunu təmin etmək üçün hər bir tədbir görülür. Belə halda, ölkəmiz azərbaycanlı tələbələri, onların seçdikləri universitetlərdə qarşılamaqdan çox məmnun olacaqdır.

Bu videoda, Campus France Agentliyinin Baş direktoru xanım Beatris Xayat və İdarəetmə Məktəbləri və Conférence des grandes écoles prezidenti, SKEMA Biznes Məktəbinin idarəedici direktoru xanım Alis Gilon, sizlərə ingilis və fransız dilində mesaj ünvanlayırlar. Buna görə də, namizədliyinizi Fransadakı idarəetmə məktəb və universitetlərində istər fransız, istərsə də ingilis dilində oxumaq üçün təqdim etməkdən çəkinməyin; aidiyyatı olan təhsil müəssisələri dosyalarınızı yoxlayacaq və sizə tezliklə cavab göndərəcəklər.

Campus France Azərbaycan ofisi bu işdə sizə kömək etməyə hazırdı: bakou@campusfrance.org, 055 428 54 89, @campusfrancebakou.

EN : https://youtu.be/UYJjTKUKIvo

FR : https://youtu.be/75llZ6hB22M

PNG

publié le 04/05/2020

haut de la page