2020-2021-ci tədris illəri üçün Fransada təhsil : Uzunmüddətli viza müraciəti üçün Campus France vasitəsilə pedaqoji müsahibə [fr]

JPEGSiz azərbaycanlı tələbəsiniz və ya Azərbaycanda yaşayırsız. 2020-2021-ci tədris ili üçün Fransada təhsilinizi davam etdirmək məqsədilə fransız ali təhsil müəssisəsinə (universitet, ali ixtisaslaşmış məktəb, biznes məktəbi) qəbul olunmusuz. Fransadakı təhsil layihəniz çərçivəsində uzunmüddətli tələbə vizası üçün müraciəti etməlisiniz.

Bunun üçün, viza sənədlərinin təqdim olunmasından əvvəl, təhsil layihənizin yoxlanılması və qiymətləndirilməsi üçün Campus France Azərbaycan bürosunun işçi heyəti ilə pedaqoji müsahibədən keçməyinizi tələb olunur. Təhsil layihəniz dəqiləşdiyi təqdirdə (yəni, təhsilinizi davam etdirmək istədiyiniz müəssisəni dəqiq şəkildə seçmiş və viza müraciəti üçün təqdim edəcəyiniz qəbul məktubunu almış olduğunuz təqdirdə), aşağıdakı əlaqə vasitələri ilə Campus France Azərbaycan bürosunda, iyun ayından etibarən müsahibə vaxtı və saatını təyin edə bilərsiniz :

Mədinə Mollayeva : Tel. : 051 207 02 95/ bakou@campusfrance.org

Müsahibə vaxtı aşağıdakı sənədləri özünüzlə gətirməyiniz lazımdır :

  • Aldığınız diplomlar və təhsil nəticələriniz,
  • Seçdiyiniz fransız ali təhsil müəssisəsindən alınan qəbul məktubu,
  • Detallı şəkildə maddi mənbələrinizi izah edən sənəd və ya təqaüd sənədi,
  • Şəxsiyyətinizi təsdiq edən sənəd (əsli).
    Diqqət : Viza müraciətində və müsahibədə qeyd etdiyiniz ali təhsil müəssisəsi eyni olmadığı halda, müsahibənin etibarlılığı avtomatik olaraq ləğv olunacaq.

Viza məsələləri ilə bağlı bütün müraciətlər üçün www.france-visas.gouv.fr internet səhifəsini izləməyiniz xahiş olunur.

Xüsusi suallarınız varsa visas.bakou-amba@diplomatie.gouv.fr elektron ünvanı ilə də əlaqə yarada bilərsiniz.

publié le 01/07/2020

haut de la page