"Voices of UFAZ” adlı konsert

19 dekabr 2017-ci il Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Professor Mustafa Babanlının iştirakı ilə UFAZ-da qarşıdan gələn yeni 2018-ci il “Voices of UFAZ” adlı konsert proqramı ilə qeyd edilmişdir.

Konsert Bakı Fransız liseyinin direktoru Filip Siron-un rəhbərlik etdiyi UFAZ xor dərnəyinin enerji və xoş ovqat dolu fransızca səsləndirilən musiqi parçalarından ibarət olmuşdur. UFAZ-ın musiqi və elm sevən tələbələrinin ifasında caz müsiqisi eləcə də gitara və pianoda ifa edilən instrumental solo çıxışları dinlənilmişdir.

“Voices of UFAZ” konsertində xüsusi qonaq qismində tanınmış istedadlı fransız musiqiçisi Filigan iştirak etmişdir. O, müxtəlif musiqi üslublarını, Fransız “La Marseillaise”-dən Azərbaycan Nağara motivlərinidək, sintez edərək öz nadir musiqi qabiliyyətinin nümayiş etdirmişdir.

publie le 22/12/2017

hautdepage