11 mart - Terror qurbanlarının xatirəsinə həsr olunmuş milli hüzn günü [fr]

2004- ci il mart ayının 11 -də Madriddə ən qanlı terror aktını yad edən Avropa anım gününə paralel olaraq, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, hər il 11 mart tarixində terror qurbanların xatirəsini yad etmək üçün hüzn günü elan etmək qərarını verdi.

Bu hüzn günün məqsədi Fransada və xaricdə Fransa maraqlarına qarşı edilən hücumların qurbanı olmuş fransız və ya xarici vətəndaşların xatirəsini ehtiramla yad etməkdir.

Beləliklə, martın 11-də Fransanın Azərbaycandakı səfirliyi, Fransa səfiri Zakari Qros Azərbaycanın hökümət nümayəndələrinin, fransız ictimaiyyətinin, yerli media nümayəndələrinin və həmçinin diplomatik korpusun üzvlərinin iştirakı ilə Səfirlikdə anım mərasimi təşkil edəcəkdir.

JPEG
© MEAE/Jonathan Sarago

publié le 03/03/2020

haut de la page