11-ci Azərbaycan Beynalxalq Təhsil sərgisində UFAZ-ın iştiraki [fr]

6-8 oktyabr tarixlərində Baku Ekpo Center -də “İnsan kapitalı bizim sərvətimizdir” şüarı altında 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransa-Azərbaycan Universiteti (UFAZ) stendləri də yer almışdır.

Fransa-Azərbaycan Universitetinin stendində yaradılan “Mind The Lab” laboratoriyasında, Kimya Mühəndisliyi fakultəsinin ikinci kurs tələbələri Məryəm Sideyifzadə və Danil Mixaylov kimya təcrübələrini aparmış və onlara yaxınlaşan qonaqlara, o cümlədən Təhsil Naziri Mikayıl Cabbarova nümayiş etmişdilər.

Neft və Qaz Mühəndisliyi fakultəsindən olan birinci kurs tələbələri (Fuad Rəhimli, Mehrali Niftaliyev, Nofel Ağayarlı, Mədət Sərdərov və Almaz Ömərov) isə öz “Stand Off Scanning System” Start Up ideyasını Expo-Mərkəzdə sərginin üç günü ərzində qurulan açıq Lektorium-da qonaqlara təqdim etmişdilər.

publie le 26/10/2017

hautdepage