1-15 tarixində keçiriləcək Fantaziya Festivalının 2-ci buraxılışı – Mətbuat konfransı [fr]

Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros, 28 oktyabr tarixində, Fantaziya Festivalının 2-ci buraxılışı çərçivəsində keçirilən mətbuat konfransında iştirak etdi. Memarlıq irsinin qorunmasına həsr olunmuş bu festival, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı bir neçə tərəfdaşların iştirakı ilə keçirilir.

Cənab səfir, bu münasibətlə, Fransanın bu mövzuya verdiyi əhəmiyyətini xatırlatdı. Bundan əlavə, səfir, bu festivalda iştirak edən Fransız tədbirlərini də təqdim etdi: ikisi fransız (Matthieu Haag və Nicolas Landemard), biri holland olan (Rob Rombout) 3 fotoqrafın “Sovietskaya” adlı emblematik məhəlləyə həsr olunmuş birgə sərgisindən söhbət açdı. Bu sərgi, dərin köklü dəyişikliklərə məruz qalan bu məhəllənin cazibəsinə xaricdən bir baxış təqdim edir. Sərginin açılışı 3 noyabr saat 18.30-da olacaqdır.

Fantaziya festivalı barədə əlavə məlumat üçün https://sizinavropa.az/fantazia

publié le 07/11/2019

haut de la page