Mədəniyyət xəbərləri

  • Fantaziya festivalı çərçivəsində UFAZ-da konfrans

    Avropa Birliyi Nümayəndəliyi tərəfindən təşkil olunan Fantaziya Festivalı çərçivəsində, Fransa Səfirliyi, Fransız İnstitutu Institut Français d’Azerbaïdjan və UFAZ üç fransız memarını Bakıya dəvət etdi : Florans Babik, Dominik Larpən (Ecole de Chaillot, Paris) və Narine Tyutçeva (Re School, Moskva). Memarlar 7 noyabr tarixində, bu konfrans çərçivəsində memarlıq irsinin qorunması üzrə bir neçə layihə təqdim etdilər.

    lire la suite

  • Azərbaycan Hərbi Akademiyasında fransız dili kurslarının başlanması

    Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez, cümə axşamı 1 noyabr 2018-ci il tarixində, Hərbi Akademiyanın sədri, Leytenant-General Heydər Piriyev tərəfindən qəbul edildi. Bu münasibətlə, xanım Buşez, Akademiyanın 2017-2018-ci tədris ilində fransız dili kurslarının tələbələri olan zabitlərə attestatlar təqdim etdi.

    lire la suite

  • Fransa Səfirliyinin İqamətgahında "Shirvan Wines" şərablarının ilk dequstasiyası

    Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez, « Shirvan Wines » şirkətinin ilk şərab istehsalının dequstasiyasını keçirib. Tədbirdə, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru cənab Soltan Məmmədov, UNESCO-nun mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi, heykəltəraş Hedva Ser və Bakıda keçirilən VI humanitar forumda iştirak etmiş fransız millət vəkilləri André Villiers, Bertran Sorre və Laurence Trastour-Isnart iştirak ediblər.

    lire la suite

  • İki böyük fransız ticarət məktəbi ilə əməkdaşlıq

    ICD-Paris (Beynəlxalq Ticarət və İnkişaf İnstitutu) və CEFAM-Lyon (Fransız-Amerikan Menecmentlik məktəbi) fransız ticarət məktəblərinin nümayəndələri, Azərbaycanın ADA və İqtisadiyyat Universitetləri ilə tərəfdaşlıqlarını inkişaf etdirmək məqsədilə, oktyabr ayında iki dəfə Bakıya səfər etmişlər.

    lire la suite

  • Bakı Kitab Mərkəzində « Connaissance et Mémoire » kitab evinin yaradıcısı Katrin Kormeri ilə görüş.

    Bakı Kitab Mərkəzi, cümə axşamı 25 oktyabr tarixində « Connaissance et Mémoire » kitab evinin yaradıcısı xanım Katrin Kormeri ilə görüş keçirərək, Fransa ilə əməkdaşlıqda bir addım daha atdı. Görüşdə, Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez və Heydər Əliyev Fondunun icraçı direktoru cənab Anar Ələkbərov da iştirak etdilər.

    lire la suite

  • Fransız Cazz konserti Bakı tamaşaçılarının qəlbini fəth etdi

    Bakı Cazz Festivalı çərçivəsində, şənbə günü 20 oktyabr 2018-ci il tarixində, Landmark otelinin “Rotonda Jazz Club” zalında, Jean-Christophe Cholet Trio Initiatives (Fransa) qrupunun konserti baş tutdu. Konsert, Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı, Türk Hava Yollarının dəstəyi ilə həyata keçirildi.

    lire la suite

  • Bakı Kitab Mərkəzində fransız mədəniyyət axşamı

    Bazar günü 21 oktyabr 2018-ci ildə, Bakı Kitab Mərkəzinin təşəbbüsü ilə təşkil olunan musiqili və poetik axşam keçirildi. Tədbirdə, Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez də iştirak etdi.

    lire la suite

  • "DokuBaku - 2018" festivalında birinci yerə fransız rejissorun filmi layiq qörülüb

    Bu il "DokuBaku" festivalının "Ən yaxşı qısa metrajlı sənədli film" nominasiyasında birinciliyi Dimitri Martin Jenodonun "Şumovanın Mantar böcəyi" adlı filmi qazanıb

    lire la suite

  • Fransa Bakıda 9-cu Avropa Filmləri Festivalında iştirak edir

    Alber Düpontelin « O biri dünyada görüşənədək » filmi Avropa Filmləri Festivalı çərçivəsində (10 - 21 oktyabr 2018) 16 oktyabr tarixində, saat 18.30-da Cinema Park Bulvarda nümayiş olunacaq. Bu film Pyer Lemetrin eyniadlı romanı (...)

    lire la suite

  • Fransa Səfiri Bakı Kitab Mərkəzini ziyarət etdi

    Cümə 5 oktyabr 2018-ci ildə, Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez Bakı Kitab Mərkəzi tərəfindən təklif olunan yüzlərlə fransız dilində kitablarla, onların satışa buraxılmasından əvvəl tanış oldu. Xanım Səfiri, kitabxananın direktoru Xanım Günel Rzayeva və Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri və Fransız İnstitutunun direktoru Cənab Yoan Şiterer müşayiət etdilər.

    lire la suite

haut de la page