Ən yaxşı nəticə göstərən 40 tələbə Fransanın Strasburq Universitetinə göndərilib [fr]

2016-cı ildən fəaliyyətə başlayan Fransa-Azərbaycan Unviersitetinin (UFAZ) 2016/17-ci tədris ili ərzində ən yaxşı nəticə göstərən 40 tələbə Fransanın Strasburq Universitetində keçirilən, UFAZ və Strasburq Universiteti tərəfindən birgə təşkil edilən yay məktəbində iştirak etmək üçün Fransaya yollanıb.

2 iyuldan 16 iyula qədər davam edəcək və Fransada baş tutacaq yay məktəbində tələbələrə intensiv fransız dili dərsləri və Strasburq Universitetinin elmi laboratoriyalarına müəyyən ekskursiyalar və dərslər keçiriləcək. Bununla yanaşı tələbələr üçün mədəni fəaliyyətlər də təşkil ediləcək.

Bura Strasburq şəhərinə və katedral kilsəsinə gəzinti, Avropa Şurası Parlament Assambleyasına, tarixi muzeylərə səfərlər və digər ekskursiyalar daxildir.

publie le 10/07/2017

hautdepage